BAKI, 27 dekabr. TELEQRAF

İran hakimiyyəti sanksiyalar və İsraillə 12 günlük müharibənin ağır nəticələrinə görə hicab və bəzi sosial məsələlər kimi mövzularda nisbi yumşaqlıq nümayiş etdirdikdən sonra yenidən siyasi müxaliflərə qarşı repressiyaları gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

“Rejim son iki ayda 490-dan çox insanı edam edib, bu rəqəm 2021-ci ildə qeydə alınan bütün edamların ümumi sayından çoxdur”, - ABŞ nəşri yazıb.