BAKI, 27 dekabr. TELEQRAF
Somali hökuməti İsrailin Somalilandın müstəqilliyini tanıması qərarını kəskin şəkildə pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Hamza Abdi Barrenin ofisi məlumat yayıb.
Bəyanatda bildirilib ki, bu addım beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir, eləcə də Somalinin suverenliyi və ərazi bütövlüyünə təhdid yaradır.
Rəsmi açıqlamada vurğulanıb ki, Somaliland Somalinin ayrılmaz hissəsidir və heç bir xarici tanınma hüquqi qüvvəyə malik deyil. Hökumət qərarın Afrika Buynuzu regionunda sabitliyi poza biləcəyini qeyd edərək, beynəlxalq ictimaiyyəti addımı pisləməyə çağırıb və diplomatik-siyasi nəticələr barədə xəbərdarlıq edib.