BAKI, 27 dekabr. TELEQRAF

Avropa İttifaqı liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə Avropa Komissiyasından bildirilib.

Danışıqlarda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də iştirak edəcək. Bu, dekabrın 27-də ABŞ-də keçiriləcək Tramp-Zelenski görüşündən əvvəl baş tutacaq.