BAKI, 26 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və bir neçə Avropa lideri Ukrayna münaqişəsinin həlli üçün onlayn görüş keçirəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə " Axios" xəbər agentliyi Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Liderlər Zelenskinin 20 bəndlik sülh planını müzakirə edəcəklər. Sənəddə Ukrayna və Avropa üçün təhlükəsizlik zəmanətləri, Ukrayna Silahlı Qüvvələrinin dinc dövrdə 800 min əsgərlə sabitləşdirilməsi və yaxın gələcəkdə prezident seçkilərinin keçirilməsi yer alır. Lakin dərc olunmuş mətndə ərazi məsələsi dəqiq şəkildə əks olunmayıb, Krım və Donbas Rusiya əraziləri kimi tanınmır.