BAKI, 23 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qazaxıstan və Özbəkistan 2026-cı ildə Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitinə qonaq qismində dəvət olunacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə D. Tramp “Truth Social” platformasında paylaşım edib.
Tramp yazıb ki, bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə iki məsuldar telefon danışığı aparıb.
Danışıqlar zamanı davam edən münaqişələrdə sülhün əldə edilməsinin vacibliyi, eləcə də ölkələr arasında artan ticarət və əməkdaşlıq müzakirə olunub.
D. Tramp vurğulayıb: “Ölkələrimiz arasındakı münasibətlər əladır. Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz hər iki lideri bu vacib tədbirdə qonaq qismində iştirak etməyə dəvət edəcəyik”.