BAKI, 18 dekabr. TELEQRAF
Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi gücünün artması ölkəmizin maraqları üçün uzunmüddətli təhlükə yaradır.
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinq zamanı vurğulayıb.
O əlavə edib ki, NATO-nun Avropanın militarizasiyası ilə bağlı planları bu ilin iyununda keçirilmiş sammitdə təsbit edilib.