BAKI, 16 dekabr. TELEQRAF

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində maskalı və bıçaqlı yeniyetmə məktəb şagirdlərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində on yaşlı şagird ölüb, həmçinin mühafizəçi də daxil olmaqla bir neçə nəfər yaralanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Onun köynəyinin üzərində "Heç kimin həyatı vacib deyil" (No Lives Matter) yazısı olub.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, "No Lives Matter” adı altında fəaliyyət göstərən təşkilat mövcuddur. Bu təşkilat zorakılığı, terrorizmi və insanlığın məhvini təbliğ edən ideyalarla çıxış edir.