BAKI, 16 dekabr. TELEQRAF
Kapitallaşmasına görə dünyanın iki ən böyük kriptovalyutası olan "Bitkoin" və "Ethereum" qiymətlərində ciddi eniş qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb.
Bildirilir ki, "Bitkoin"in qiyməti 3%-dən çox ucuzlaşaraq 85,8 min dollar səviyyəsinə düşüb.
Eyni zamanda "Ethereum" da 5%-dən artıq dəyər itirərək təxminən 2,93 min dollara enib.
"CoinMarketCap"in 15 dekabr tarixinə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,92 trilyon dollar təşkil edir. Bunun 58,5%-i "Bitkoin"in, 12,1%-i isə "Ethereum"un payına düşür.