BAKI, 13 dekabr. TELEQRAF
Penza və Saratov aeroportlarında hava gəmisinin qəbul və buraxılışına müvəqqəti məhdudiyyətlər qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Rosaviatsiya yayıb.
Qurum bildirib ki, tətbiq olunan məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl Yaroslavl və Kaluga aeroportları fəaliyyətini bərpa edib, uçuşları yenidən qəbul etməyə başlayıblar.