BAKI, 11 dekabr. TELEQRAF

Kaliforniya ştatının qubernatoru Qevin Nyusom süni intellekt vasitəsilə yaradılmış bir video yayımlayıb. Kadrlarda ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Hegset qandalda təsvir edilir.

Teleqraf xəbər verir ki, video açıq şəkildə neyroset tərəfindən generasiya olunub, lakin personajların simalarında siyasətçilərin aydın seçilən cizgiləri görünür.

Nyusom bu paylaşımla Ağ Evin "X" sosial şəbəkəsində yayımladığı “qeyri-qanuni miqrantlar üçün qandal mövsümü başladı” başlıqlı postuna cavab verib.

Bundan əvvəl qubernator federal hökumətin qismən fəaliyyətini dayandırması fonunda özünü azad dünyanın lideri adlandırmışdı.