BAKI, 31 yanvar. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun növbəti iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında Yevlax şəhər stadionunda "Kəpəz" "Şamaxı"nı qəbul edəcək.
Baş hakim Cavid Cəlilovun idarə edəcəyi matç saat 14:30-da start götürəcək. Hazırda Azər Bağırovun kollektivi 12 xalla turnir cədvəlinin 11-ci, Ayxan Abbasovun komandası isə 20 xalla 7-ci pilləsində yer alır.
Günün ikinci görüşü isə "Zirə" və "Sabah" komandaları arasında baş tutacaq. Hazırda Rəşad Sadıqovun komandası 29 xalla turnir cədvəlinin 5-ci, Valdas Damraiskasın kollektivi isə 40 xalla ilk pilləsində yer alır.
Azərbaycan Premyer Liqası, XVIII tur
31 yanvar (şənbə)
14:30. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu
17:00. “Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Xatırladaq ki, XVIII turun daha öncəki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ı 2:0, "Qəbələ" evdə "İmişli"ni 3:0 hesabı ilə məğlub edib. Tura fevralın 1-də yekun vurulacaq.