BAKI, 31 yanvar. TELEQRAF

Türkiyədə Prezidentin baş müşaviri və nazir müavini təyinatı olub.

Teleqraf xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan qərarlara əsasən, Hasan Suver Prezident Administrasiyasının Baş müşaviri vəzifəsinə təyin edilib.

Eyni zamanda, Hasan Suver Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində nazir müavini vəzifəsinə də gətirilib.