Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın siyasətini yüksək qiymətləndirib və bunun qlobal müharibənin qarşısını alan əsas amillərdən biri olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində yazıb:

"Doğrudur, üçüncü dünya müharibəsinin baş verməsinin qarşısı indiyədək alınıb və alınmağa davam edir. Bu, Prezident Trampın və onun komandasının siyasəti sayəsində mümkün olub”.

Onun sözlərinə görə, Tramp vəziyyətin daha təhlükəli mərhələyə keçməsinin qarşısını alır.