BAKI, 5 dekabr. TELEQRAF

Federal Alman Parlamenti (Bundestag) deputatlarına "biznes-klass" aviabiletlərindən istifadə şərtlərində yüngülləşdirmə edilib.

Teleqraf xəbər verir ki, 2024-cü ilin yazından bəri parlamentin üzvləri 4 saatdan az davam edən uçuşlarda "ekonom-klass" seçmək məsburiyyətində idilər. iqtisadi sinifə məcbur edilirdi.

Yeni qaydaya əsasən, deputatlar 2-4 saatlıq uçuşlarda "biznes-klass" bileti ala bilərlər. Lakin 2 saatdan az olan uçuşlarda köhnə məhdudiyyət qalır.

Qaydaların dəyişdirilməsi deputatların iş şəraitinə əsasən izah edilir. Bəzi hallarda onlar uzun məsafə səfərlərində konfidensial sənədlərlə işləməli olur və iqtisadi sinifdə yaxın oturan sərnişinlərlə bu mümkün olmur.