BAKI, 3 dekabr. TELEQRAF
Rusiya Milli Qvardiyasının (Rosqvardiya) direktor müavini general-polkovnik Aleksey Vorobyov vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, A. Vorobyov bu ilin noyabr ayında tutduğu vəzifədən azad edilib.
Səbəblər açıqlanmayıb.
Hazırda onun adı Rosqvardiyanın rəsmi saytında “Rəhbərlik” bölməsindən silinib.
Qeyd edək ki, Aleksey Vorobyov 2023-cü il avqustun 3-də prezidentin fərmanı ilə Rosqvardiyanın direktor müavini təyin edilmişdi.
Bundan əvvəl o, Rosqvardiyanın Şimal-Qərb Dairəsinin komandiri və orada hərbi-siyasi işləri idarə edirdi.