BAKI, 3 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Brüsseldə nəzərdə tutulan görüşü ləğv ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Məlumata görə, görüşün ləğvindən sonra V. Zelenski Brüsseldən geri dönür.
Qeyd edək ki, bundan öncə xarici KİV-lər Uitkoff və Kuşnerin Avropada Zelenski ilə görüşə biləcəyi barədə məlumat yaymışdı.