BAKI, 2 dekabr. TELEQRAF
Rusiyanın Orlov vilayətində Livnı şəhərində yerləşən "Orelnefteprodukt" neft anbarı dron hücumuna məruz qalıb və orada yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Gecə Orlov vilayəti yenidən PUA hücumuna məruz qaldı, nəticədə Livnı rayonunda yanacaq-energetika kompleksinə aid obyektlərdə yanğın baş verib",- Orlov vilayətinin qubernatoru Andrey Kliçkov bildirib.