BAKI, 1 dekabr. TELEQRAF

ABŞ ilə Ukrayna nümayəndə heyətləri arasında sülh planı ilə bağlı keçirilən danışıqlardan sonra ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, müharibənin dayandırılması üzrə hər hansı sazişdə Rusiya əsas rol oynamalıdır və prosesin həssaslığı nəzərə alınmalıdır.

Teleqraf xəbər verir ki, Rubio bu barədə Mayamidə ABŞ rəsmiləri və Ukrayna nümayəndə heyəti arasında keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

“Bu proses son dərəcə həssas və mürəkkəbdir. Bir çox hərəkətli hissələr var və aydındır ki, qarşı tərəf – Rusiya da bu tənliyin bir hissəsi olmalıdır”, – Rubio deyib.