BAKI, 30 noyabr. TELEQRAF

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa məxsus "Shell Bay Club" qolf klubunda keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Məlumata görə, Floridada yerləşən elit qolf klubuna yalnız xüsusi dəvətlə daxil olmaq mümkündür. Klubun sahibi "Witkoff Group" şirkətidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Ukrayna nümayəndə heyətləri Floridada baş tutan danışıqlarda qısa fasilə verdiklərini açıqlamışdılar.