BAKI, 30 noyabr. TELEQRAF
Son bir neçə gün ərzində Şri-Lanka ərazisində hökm sürən “Ditva siklonu”nun yaratdığı fəsadlar nəticəsində azı 334 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, son günlər ölkədə müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində ölənlərin sayı əvvəlki 159 göstəricisi ilə müqayisədə xeyli artıb.
Siklonun təsiri nəticəsində ölkə üzrə təxminən 854 min nəfər zərər çəkib. 124 minə yaxın sakin 919 müvəqqəti sığınacaq mərkəzinə təxliyə edilib.