BAKI, 29 noyabr. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünü bir sıra media orqanları Macarıstanın Avropa İttifaqı tərəfdaşları ilə qarşıdurma kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Orbanın Aİ-nin Rusiya neft və qazının idxalını dayandırmaq təşəbbüslərinə qarşı olduğu bildirilir. KİV-in məlumatına görə, Macarıstan Brüssellə ziddiyyət təşkil edən öz mövqeyini müdafiə etmək üçün Moskva ilə görüş zamanı əldə olunmuş razılaşmalardan istifadə edə bilər.

Xatırladaq ki, noyabrın 28-də Orban Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib. Görüşün əsas mövzusu Rusiyanın Macarıstanın enerji təchizatı məsələsi olub. Bu, iki lider arasında 2022-ci ildən bəri dördüncü görüşdür.