BAKI, 27 noyabr. TELEQRAF
Cənubi Afrika Respublikası ABŞ Prezidenti Donald Trampın ölkənin G20 sammitinə dəvət olunmaması ilə bağlı çağırışına baxmayaraq təşkilat çərçivəsində fəaliyyətini davam etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Respublikanın Prezident Aparatı "X" sosial şəbəkəsində məlumat yayıb.
Bəyanatda bildirilib ki, Prezident Siril Ramafosa Trampın 2026-cı ildə keçiriləcək G20 görüşlərində Cənubi Afrikanın iştirakı ilə bağlı açıqlamasını təəssüf doğuran hal kimi qiymətləndirib.
Qeyd olunub ki, Ramafosa administrasiyasının ABŞ ilə diplomatik münasibətləri normallaşdırmaq istiqamətində çoxsaylı səylərinə baxmayaraq, Tramp hələ də Cənubi Afrikaya qarşı dezinformasiya və təhriflərə əsaslanan cəzalandırıcı tədbirlər tətbiq edir.
Xatırladılıb ki, G20 formatında CAR-da keçirilən son sammitlərdən biri yüksək səviyyədə baş tutub. ABŞ Prezidenti isə daha əvvəl 2026-cı ildə Mayamidə planlaşdırılan sammitlə bağlı narazılığını ifadə etmişdi.