BAKI, 26 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqtonun Ukrayna münaqişəsinin həlli planını müzakirə etmək məqsədilə gələn həftə Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Stiven Uitkoffun gələn həftə Moskvaya gəlməsi ilə bağlı ilkin razılaşma əldə olunub. Uitkoffla yanaşı, ABŞ administrasiyasının Ukrayna məsələləri üzrə bir sıra digər nümayəndələrinin də Moskvanı ziyarət etməsi gözlənilir", - o qeyd edib.