BAKI, 26 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftə Rusiyanın Prezidenti Vladimir Putinlə Moskvada görüşəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Kuşner Ukrayna üzrə sülh prosesinə cəlb olunub və Uitkoff ilə birlikdə Rusiyaya danışıqlar üçün yollanacaqlar.