BAKI, 22 noyabr. TELEQRAF

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi heyət ABŞ prezidenti Donald Trampın yeni sülh planı ilə bağlı ABŞ və Avropa ölkələrinin nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün İsveçrəyə gəlib.

Teleqraf xəbər verir ki, İsveçrədəki danışıqlardan əvvəl Umerov Ukraynanın bu prosesdə öz maraqlarını aydın şəkildə ortaya qoyacağını bəyan edib.

O, Vaşinqtonun münaqişənin sülh yolu ilə həllində iştirakını yüksək qiymətləndirib və Kiyevin məsuliyyətli, peşəkar və ardıcıl hərəkət edəcəyinə söz verib.