BAKI, 19 noyabr. TELEQRAF
Noyabrın 18-də Ukrayna Silahlı Qüvvələri ABŞ istehsalı olan dörd ATACMS raketindən istifadə edərək Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Voronej şəhərinə qarşı düşmən tərəfindən ABŞ istehsalı olan dörd operativ-taktiki ATACMS raketindən istifadə edilib", – məlumatda bildirilib.
Qeyd edilib ki, Rusiya HHM qüvvələri tərəfindən vurulan ATACMS raketlərinin qalıqları Voronej vilayət Gerontologiya Mərkəzinə və uşaq evinə düşüb.