BAKI, 19 noyabr. TELEQRAF

ABŞ və Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) idarə heyətinə İrandakı nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına əlavə giriş tələb edən qətnamə layihəsi təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi mənbələrə istinadən yayıb.

Agentliyin məlumatına görə, sənədin 19 noyabrda qəbul olunması böyük ehtimalla gözlənilir.

Qətnamə layihəsi müzakirə olunduğu bir vaxtda İranın xarici işlər naziri Abbas Araqçi ölkədə uranın zənginləşdirilməsinin hücumlar nəticəsində zərər görmüş infrastruktur səbəbilə aparılmadığını bildirib.