BAKI, 18 noyabr. TELEQRAF

Xorvatiyada Meşə Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Hasan Baharın cənazəsi Türkiyəyə gətirilib.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, pilotun nəşi gecə saatlarında Səhiyyə Nazirliyinə məxsus xüsusi təyyarə ilə Atatürk Hava Limanının Ümumi Aviasiya terminalına çatdırılıb.

Məlumata görə, Hasan Baharın cənazəsi bu gün Edirneqapıda dəfn olunacaq.

Xatırladaq ki, noyabrın 13-də texniki xidmətin göstərilməsi məqsədilə Xorvatiyaya göndərilən iki ədəd yanğınsöndürmə təyyarəsindən biri olan AT802 tipli təyyarə Serj şəhəri yaxınlığında qəzaya uğrayıb