BAKI, 17 noyabr. TELEQRAF
Finlandiya Rusiyanın sərhədindən 100 km məsafədə artilleriya təlimlərinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, təlimlər Laplandiyada yerləşən Qərbi Avropanın ən böyük poliqonu olan “Rovayarvi”də keçirilir.
Noyabrın 25-dək davam edəcək təlimlərə 2 mindən çox hərbçi və 500-ə yaxın texnika cəlb olunub.