BAKI, 2 aprel. TELEQRAF

Fransanın PSJ klubu İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Eduardo Kamavinqanı heyətinə qata bilər.

Teleqraf “Diario AS”a istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı yarımmüdafiəçi üçün tezliklə danışıqlara başlamağı planlaşdırır.

“Kral klubu” yaxşı təklif gələcəyi halda, yarımmüdafiəçi ilə yolları ayırmaq variantını nəzərdən keçirə bilər.

Transfermarkt portalına görə, Kamavinqanın hazırkı bazar dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, Kamavinqa “Renn”in yetirməsidir. “Real Madrid” onu 2021-ci ildə 31 milyon avroya transfer edib. Futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.