BAKI, 14 noyabr. TELEQRAF

Litva gələn həftənin əvvəlində sərhəd xidməti rəhbərlərinin müavinləri səviyyəsində görüş keçirilməsi barədə Belarusa təklif göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ruslan Varan­kov "RIA Novosti"yə açıqlamasında bildirib.

XİN rəsmisi qeyd edib ki, Minsk təşəbbüsü müsbət qarşılayır, lakin bu addım bağlanmış sərhəd-keçid məntəqələri problemini həll etmir:

"Təklif iki ölkənin sərhəd qurumları arasında məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. Görüşün dəqiq vaxtı və yeri hələ müəyyənləşməyib. Bir daha vurğulayırıq ki, məsələ kompleks xarakter daşıdığı üçün onun həlli yalnız siyasi-diplomatik səviyyədə mümkündür".