BAKI, 13 noyabr. TELEQRAF

Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşlərini daşıyan Türkiyə məxsus təyyarəsi Ankarada eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

***

20:50

Bu gün Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi Tbilisidən Ankaraya yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.