BAKI, 13 noyabr. TELEQRAF

Avropa İttifaqı ABŞ-yə bu yay əldə olunmuş ticarət sazişinin növbəti mərhələsinin icrası üzrə plan təqdim etməyi nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbələr bildirir ki, plan idxal rüsumları, Avropa məhsullarının ABŞ bazarına çıxışı və rəqəmsal ticarət sahələrini əhatə edəcək.

Həmçinin sənəddə Avropa İttifaqının ABŞ-dən çip və mayeləşdirilmiş təbii qaz tədarükünü nəzarətdə saxlayacaq işçi qrupunun yaradılması nəzərdə tutulur.