BAKI, 11 noyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı Belarusla mehriban qonşuluq münasibətlərini qorumağa və onlarla risk etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Lukaşenko Polşa xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək, onlara birlik, sülh və gələcəyə inam arzulayıb. O, polşalıların Belarusla əməkdaşlığın və ortaq xristian-mədəni irsin qorunmasının əhəmiyyətini dərk etdiyinə əmin olduğunu bildirib:

"Yaxşı qonşuluq bizim üçün qiymətsiz bir nemətdir. Hər hansı şəraitdə bu münasibətlərlə risk etməyə, sərhədləri bağlamağa və milli təhlükəsizliyi təhlükə altına atmağa dəyməz".

Belarus lideri həmçinin qeyd edib ki, onun əsas məqsədi Polşa ilə münasibətlərdə gərginliyin artmasına yol verməməkdir.