BAKI, 10 noyabr. TELEQRAF
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə onun dəfn olunduğu məqbərə - Anıtqəbirdə rəsmi mərasim keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri iştirak ediblər. Tədbir zamanı Atatürkün xatirəsi ehtiramla yad edilib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, etibarlı və bacarıqlı heyətin rəhbərliyi altında Türkiyə qlobal gücə çevrilmək üçün qətiyyətli addımlar atır.
.webp)