BAKI, 10 noyabr. TELEQRAF

Cənubi Koreya Prokurorluğu keçmiş prezident Yun Sok Yola qarşı əlavə ittihamlar irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Xəbərə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə və düşmən dövlətə, yəni Şimali Koreyaya kömək etməkdə ittiham olunur .

Müstəntiqlərin fikrincə, keçmiş prezident Şimali Koreyanı hərbi əməliyyata təhrik etmək və bununla da hərbi vəziyyətin elan edilməsi üçün bəhanə yaratmaq üçün ötən ilin oktyabrında Pxenyana PUA zərbələri endirməyi əmr edib. Buraxılan PUA-lar Pxenyan yaxınlığında qəzaya uğrayıb və ittiham tərəfinin iddiasına görə, bu, hərbi sirlərin sızmasına səbəb olub.

Şimali Koreyaya yardım ittihamı qonşu dövlətlə sövdələşmənin faktiki və ya sübutunu tələb etmir. Kömək ittihamı ölkənin hərbi maraqlarına vurulan istənilən zərərə tətbiq edilə bilər. Keçmiş müdafiə naziri Kim Yon Hyun və Silahlı Qüvvələrin Əks Kəşfiyyat Komandanlığının keçmiş rəhbəri Yo İn Hyun da bu gün bu cinayətdə ittiham olunub.