BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan ərazisindən tranzit keçməklə 5 vaqon taxıl yükü aparan qatar Ermənistana yola salınıb.
Teleqraf xəbər verir ki, yük vaqonları bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
***
07:32
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək.
Teleqraf xəbər verir ki, yük 5 vaqon təşkil edir.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.