BAKI, 31 mart. TELEQRAF

Fransa ABŞ Prezidenti Donald Trampın açıqlamasına cavab verib.

Teleqraf xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun ofisi Trampın tənqidinin təəccüblü olduğunu bildirib və əlavə edib ki, İranla müharibənin başlanğıcından bəri onların mövqeyi dəyişməyib.

Bəyanatda deyilir: "Biz bu tvitdən təəccübləndik. Fransa münaqişənin ilk günündən bəri mövqeyini dəyişməyib".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl özünün "Truth" sosial şəbəkəsində İsrailə gedən hərbi yük təyyarələrinə hava məkanı vermədiyinə görə Fransa hakimiyyətini sərt tənqid etmişdi .