BAKI, 1 aprel. TELEQRAF

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev Azərbaycana səfərə gəlib.

Teleqraf xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.