BAKI, 1 aprel. TELEQRAF
İrandakı müharibə bitdikdən sonra ABŞ NATO ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur olacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Dövlət katibi NATO dövlətlərinin bu müharibədə iştirak etməməsi məsələsini belə şərh edib:
“Şübhəsiz ki, bu müharibə bitdikdən sonra münasibətləri nəzərdən keçirməli olacağıq. NATO-nun ölkəmiz üçün dəyərini nəzərdən keçirməli olacağıq”.
Rubio əlavə edib ki, bu, Prezident Donald Trampın verməli olduğu qərardır.