BAKI, 1 aprel. TELEQRAF
FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu açıqlayıb.
Teleqraf xəbər verir ki, turnirdə ümumilikdə 727 milyon dollar paylanacaq.
Bu məbləğ 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatı ilə müqayisədə təxminən 50 faiz çoxdur.
Turnirin qalibi 50 milyon dollar, finalda məğlub olan komanda 33 milyon dollar qazanacaq. Üçüncü yerin sahibi 29 milyon, dördüncü yerin sahibi isə 27 milyon dollar əldə edəcək.
5-8-ci pillələrdə qərarlaşan komandaların hər biri 19 milyon, 9–16-cı yerləri tutanlar 15 milyon dollar qazanacaq. 17-32-ci yerlər üçün 11 milyon, 33-48-ci yerlər üçün isə 9 milyon dollar mükafat nəzərdə tutulub.
Bundan əlavə, mundialda iştirak edəcək hər komandaya 1,5 milyon dollar məbləğində bonus veriləcək.
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.