BAKI, 31 mart. TELEQRAF
BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında Rusiya əleyhinə qətnamə layihəsi qəbul olunub. Müzakirələr zamanı 49 ölkədən 24-ü Qərb dövlətləri tərəfindən irəli sürülən Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnaməni dəstəkləməyib.
Teleqraf xəbər verir ki, söhbət Ukraynada insan hüquqlarının pozulması ilə bağlı araşdırma komissiyasının mandatının daha bir il uzadılmasını nəzərdə tutan qətnamə layihəsindən gedir. .
Sessiyada Rusiyaya qarşı qətnamənin əleyhinə dörd ölkə səs verdi: Burundi, Kuba, Çin və Efiopiya. Braziliya, Misir, Hindistan, Qətər və Cənubi Afrika da daxil olmaqla on səkkiz ölkə bitərəf qaldı. Qətnaməni dəstəkləyən 25 ölkə əsasən NATO və Aİ ölkələri, eləcə də Meksika, Koreya Respublikası, İsveçrə, Ekvador və Yaponiya olub.
Sənəddə Rusiyanın hərbi əməliyyatları pislənilir, qoşunların geri çəkilməsi və Ukraynanın ərazi bütövlüyünün təsdiqlənməsi tələb olunur. Qətnamədə həmçinin Rusiyanın siyasi qərəzliliyinə görə mandatını tanımadığı Ukrayna hadisələrini araşdıran komissiyanın işinin bir il uzadılması ilə bağlı müddəa da yer alır.