BAKI, 20 oktyabr. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ukrayna münaqişəsi ilə bağlı müzakirələr aparıb.

"Oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün mümkün addımlar ətrafında konstruktiv fikir mübadiləsi aparılıb" - deyə məlumatda qeyd olunur.