BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 19 oktyabr tarixində Floridanın Palm-Biç şəhərindən Nyu-Yorka səfər edib. Səfər zamanı hava limanının yaxınlığında prezident təyyarəsi Air Force One-ın izlənə biləcəyi ov gözdəyi aşkarlandığına görə, təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik səbəbindən Tramp təyyarəyə kiçik pilləkən vasitəsilə minib və jurnalistlərlə görüşmədən uzaqlaşın.

Hal-hazırda FBI hadisəni araşdırır, şübhəlilər barədə məlumat verilmir.

Qeyd edək ki, 2024-cü ildə Tramp iki sui-qəsd cəhdi ilə üzləşmişdi.