BAKI, 19 oktyabr. TELEQRAF
İsrail ordusu Qəzza zolağının cənubunda iki əsgərinin öldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Qəzza zolağının cənubunda iki əsgərinin öldüyünü, bir əsgərin isə ağır yaralandığını açıqlayıb.
****
19:37
Fələstinin HƏMAS silahlı qanadının elit Nuhba bölməsinin komandiri Yəhya əl-Məbhuh İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri həmin vaxt əl-Mabhuhun yerləşdiyi Zavaya şəhərinin məhəlləsində yerləşən kafe binasına zərbələr endirib. Fələstinli radikallar hələ də onun ölümünü təsdiqləməyiblər.
Kanal həmçinin bildirir ki, İsrailin anklavın müxtəlif bölgələrinə basqınları nəticəsində azı 10 nəfər həlak olub.
Nuhba HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının dəniz qoludur.
****
19:30
İsrail ordusu (IDF) fələstinli radikalların atəşinə cavab olaraq Qəzza zolağına yeni zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu, İsrail tərəfinin əvvəllər Fələstinin radikal HƏMAS hərəkatını ittiham etdiyi “atəşkəs rejiminin kobud şəkildə pozulmasına cavab olaraq” edilir.