BAKI, 19 oktyabr. TELEQRAF

Buryatiyada 18-i uşaq olmaqla 43 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olan kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb .

Bildirilib ki, Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə istehlakçıların təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların satışına görə cinayət işi açılıb.

Müstəntiqlər müəyyən ediblər ki, qurbanlar ərzaqları regional pərakəndə satış şəbəkəsindən alıblar.

Respublika Prokurorluğu faktla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

***

08:15

Buryatiyada (Rusiya - red.) kütləvi zəhərlənmə olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.

Bildirilib ki, 43 nəfər, o cümlədən 18 uşaq kəskin bağırsaq infeksiyası diaqnozu ilə Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Qeyd edilib ki, zəhərlənmənin hansı səbəbdən baş verməsi məlum deyil.