BAKI, 19 oktyabr. TELEQRAF
İran aparıcı dünya gücləri ilə beynəlxalq müqavilənin müddəti başa çatdığından nüvə proqramının artıq məhdudiyyətlərə məruz qalmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Bundan sonra sazişin bütün müddəaları, o cümlədən İranın nüvə proqramına və bununla bağlı mexanizmlərə məhdudiyyətlər ləğv edilmiş sayılır”.
Qeyd olunur ki, 2015-ci ildə İran rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan saziş imzalayıb və bu saziş nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaları ləğv edib. Saziş İran, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və ABŞ arasında bağlanıb.
2018-ci ildə Prezident Donald Tramp ABŞ-nin sazişdən çıxdığını elan edib və sanksiyaları bərpa edib. O qərarını sələfi Barak Obamanın imzaladığı paktdan narazılığı ilə izah edib.
Xatırladaq ki, sentyabr ayında İran parlamentinin üzvü Tehranın qitələrarası ballistik raketin ilk uğurlu sınağını keçirdiyini iddia etmişdi.