BAKI, 18 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp maliyyə fırıldaqları və seçki kampaniyası zamanı yalan bəyanatlara görə həbsdə olan sabiq konqresmen Corc Santosun azad edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Az əvvəl Corc Santosun dərhal azad olunması barədə qərar imzaladım. Ona uğurlar və gözəl həyat arzulayıram”, - Tramp paylaşımında qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresi 2023-cü ilin dekabrında Santosu vəzifəsindən uzaqlaşdırmışdı. O, maliyyə pozuntuları və seçki kampaniyası zamanı saxta məlumatlar verməkdə ittiham olunurdu.

2024-cü ilin aprelində məhkəmə onu 23 federal ittiham üzrə təqsirli bilərək 87 ay müddətinə azadlıqdan məhrum etmişdi. Sabiq konqresmen ianə vəsaitlərini mənimsədiyini, işsizlik müavinətini qanunsuz yolla aldığını və maliyyə hesabatlarını gizlətdiyini etiraf etmişdi.