BAKI, 17 oktyabr. TELEQRAF
Rusiya ordusu Xarkov yaxınlığında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) buraxılışına hazırlıq aparılan əraziyə "İskəndər" raketi ilə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, raket zərbəsi nəticəsində 65 uzaqmənzilli PUA, 5 buraxılış qurğusu və 30 hərbçi məhv edilib.