BAKI, 17 oktyabr. TELEQRAF

Gürcüstanda məktəb təhsili 12 ildən 11 ilə endiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, Təhsil Nazirliyi artıq bu istiqamətdə işə başlayıb.

Yeni sistemin tətbiqinin detalları və keçid müddəti hələ açıqlanmayıb.

Qeyd edək ki, Gürcüstanda 12 illik təhsil barədə qərar parlament tərəfindən 2005-ci ildə qəbul olunub və 2008-ci ildən qüvvəyə minib.